Təbiət

Dağların aşağı ətəyində hansı bitkilər var?

İsti və rütubətli iqlimi olan tropik ərazilərdə dağların 900 metrdən aşağı hissəsi keçilməz cəngəlliklərlə örtülüdür, burada palmalar, lianalar, ayıdöşəyi bitir. Nisbətən soyuq və quru iqlimli ərazilərdə hündürlükdə bəzi yerlərdə çəmənliklər, bəzi yerlərdə isə yarımsəhra əraziləri olan iynəyarpaqlı meşələr əmələ gəlir. Dağ meşələrində ağaclar bir-birinə çox yaxın bitir, köklər bir-birinə dolanaraq ot və kolların bitməsi üçün yer saxlamır.