Bu maraqlıdır!

Qədim Bibl şəhəri

Qədim Bibl şəhəri (Jbail) - Yaxın Şərqdə yerləşən dünyanın ən qədim məskunlaşma yerlərindən biridir, tarixi eradan əvvəl 7000 ilə dayanır.

 

"Bibliya" sözü də şəhərin qədim adından (qədim yunan dilində "Bibl" – kağız deməkdir) götürülüb.

 

Livanın Beyrut şəhərinin şimalında yer alan qədim bir Finikiya liman şəhəridir. Şəhərin qurulma tarixi dəqiq olaraq bilinmir lakin arxeoloqlar tərəfindən III əsrə aid olan xarabalıqlar şəhər haqqında bəzi məlumatlar verir. Şəhər YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib, arxeologiya baxımından Livanda ən qədim yaşayış yerlərindən biridir.


Bəzi mütəxəssislər bu şəhərin tarixinin 7000 il əvvələ qədər çatdığını təxmin edir. Ancaq bibllilər şəhərlərini Bibl olaraq adlandırmırlar, əksinə Qubla və daha sonralar da Qebal və şəhərlərinin olduğu sahilə də Canaan (Kənan) deyirlər. E.ə. XIII əsrdə bu sahillərə Finikiya (Phoenicia) adını verənlər yunanlar olmuşdur. Həmçinin şəhərə yunanca papiros mənasını verən Bibl (Byblos) adını da yenə yunanlar vermişdir, çünki böyük bir ticarət limanı olan Bibl vaxtilə papiros ticarətinə hakim bir liman şəhəri idi.


E.ə. III əsr və e.ə. II əsr arasında Bibl Misir fironlarının idarəsi altında olarkən bütün Finikiya sahilinin həm dini, həm də ticari paytaxtı idi. Hal-hazırkı modern latın əlifbasının təməli olan ilk xətti əlifbanı da tapanlar bibllilər olub.


Bibllilər e.ə. XXI əsrdə Misir piramidalarının yaradılmasında istifadə edilən sidr ağaclarını Misirə sataraq ticarətə başladılar. E.ə. XI əsrdə Finikiyanın ən önəmli şəhəri oldu və Aralıq dənizində bir çox ticarət koloniyaları qurdular. E.ə. VIII əsrdə Assuriyanın hücumlarıyla müstəqilliklərini itirdilər.


E.ə. IV minillikdən bəri tanınan şəhər dənizin yaxınlığında sığınacaqlı bir təpədə yerləşirdi, burada limanlara uyğun iki dənə nöqtə var idi, ətrafında çox məhsuldar bir vadinin olduğu, şəhərin qısa bir məsafəsi isə dağları sıx meşə ilə örtülü idi. Bu təpənin erkən Neolit dövründən bəri olduğu təəccüblü deyil Qəsəbədən sonra yeni sakinlər onu divarla əhatə etdilər. Bir az sonra mərkəzin mənbəyində, ən əhəmiyyətli tanrılarına, Baalat-Gebal və yəqin ki, Reshef üçün iki məbəd tikildi. Bundan sonra gerçək bir şəhər haqqında danışa bilinərdi.


Bibl 1918-ci ildə Fransa qoşunları tərəfindən işğal edilib.


Şəhər Livanın əsas turistik yerlərdən biridir. Sakinlərin əksəriyyəti katolik-maronit, qalanları əsasən müsəlman-şiələrdir.