Xəbərlər

8 İyun – Ümumdünya Okeanlar Günüdür

Ümumdünya Okeanlar Günü 8 iyun 1992-ci ildə Rio-de Janeyroda BMT-nin "Ətraf mühit və inkişaf" Konfransında elan edilib. Rəsmi olaraq 2009-cu ildən qeyd olunur.

Zoopark, akvariumlar və delfinariyalar əsasən bu gündə okean heyvanlarının qorunması, mühafizəsi ilə bağlı tədbirlər keçirməklə ictimaiyyətin diqqətini cəlb edirlər. BMT bu bayramı elan etməklə, okeanların planet üçün həyatı vacibliyini xüsusi qeyd edib. Yer kürəsinin 70%-i okeanlar təşkil edir.

Bu bayram bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya dövlətlərində (Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada (Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerikası ölkələrində (Argentina, Ekvador, Kuba), Avsraliya və Afrikada (Əlcəzair, Qabon, Marokko, Mavritaniya, Keniya, Kamerun), həmçinin Şimali Amerika ölkələrində (Kanada, ABŞ, Meksika) qeyd edilir.