Şeirlər

Abdulla Şaiq. “Yalançı çoban”

Bir çoban bir gün etdi dağda haray:
“Canavar var, - dedi, - gəlin, ey vay!”
Əhli-qəryə yüyürdü dağ tərəfə,
Getməsin ta qoyun, quzu tələfə.


Bunları müztərib görüncə çoban
Gülməyə bashlayıb dedi : “Yalan,
Siz bunu sanmayın həqiqətdir,
Damağım gəldi, bir zərafətdir!”


Binəvalar qayıtdı; leyk çoban
Yenə bir gün dağ üzrə qıldı fəğan:
“Canavar var!” - deyə bağırdı yenə,
Qəryə əhlin kömək çağırdı yenə.


Kəndçilər etdilər dübarə hücum,
Yenə oldu yalanlığı məlum.
Doğrudan bir zaman bəəzmi-shikar
Qoyuna gəldi bir neçə canavar.


Hərçi dad eylədi çoban, yahu!
Eshidənlər dedi: yalandır bu!
Bu səbəbdən hərayə getmədilər,
Ona heç etina da etmədilər.


Canavarlar yedi bütün qoyunu,
Ishtə, oğlum, yalançılıq oyunu!
Bax, yalançı tanindi cünki çoban,
Doğru derkən sözü göründüyü yalan.


Hərgiz, oğlum, yalan demə ki, xuda
Dust tutmaz yalançının əbəda!
Həm də xəlq içrə hörmətin olmaz,
Izzətin, qədrü qiymətin olmaz.
“Evi yandı yalançının, - derlər, -
Ona bir kimsə etmədi bavər”.