Xəbərlər

Şagirdlərimiz pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın paytaxtı Vyanada keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.
 
 
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova İ.S.Baxın “İki səsli invensiya”, F.Şopenin “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova L.V. Bethovenin “Bir nömrəli sonata”, F.Şopenin “Doqquz nömrəli etüd”, F.Şopenin “Noktyurn” əsərlərini məharətlə ifa ediblər.
 
 
Səkkiz ölkədən 50 nəfərdən çox iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman Seyidova münsiflər heyətinin qərarı ilə ən yüksək mükafat olan Qran-Priyə, Fidan Əmişova isə II dərəcəli diplom layiq görülüb.