Təbiət

Qartal haqqında maraqlı məlumat

“Dağların, uca zirvələrin sahibi” hesab etdiyimiz “Qartal”ın  40 yaşında həyat uğrunda səbirlə mübarizə aparması barəsində bildirdinizmi? Bütün quşların şahı hesab edilən qartal 40 yaşında çox ciddi və çətin bir qərarı vermək məcburiyyətindədir. Qartalın yaşı 40 olanda pəncələri sərtləşər, elastikliyini itirər və buna görə buna görə də ovlarını tuta bilməz. Dimdiyi uzanar və sinəsinə doğru qıvrılar. Qanadları yaşlanır və ağırlaşır. Tükləri qartlaşar və qalınlaşar. Artıq qartalın uçması yaxşıca çətinləşir. Bu səbəbdən qartalın burada iki seçimdən birini etməsi lazımdır.


Ya ölümü seçəcək, ya da yenidən doğuşun ağrılarına və çətinliklərinə dözəcəkdir.


Bu doğuş müddəti 150 gündür. Əvvəlcə dağın başına uçmalı, bir qayanın dibində özünə yuva tapmalıdır. Bu uyğun yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir şəkildə qayaya vurmağa başlayır. Ən sonunda qartalın dimdiyi yerindən çıxır və düşür.


Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxdıqdan sonra bu yeni dimdik ilə pəncələrini yerindən çıxarır. Yeni pəncələri çıxınca qartal bu dəfə köhnə qartlaşmış tüklərini yolmağa başlar. 5 ay sonra qartal özünə 20 il və ya daha uzun davamlı bir həyat bağışlayan məşhur yenidən doğuş uçuşunu etməyə hazır vəziyyətə gələr. Ortalama yabanı təbiətdə yaşayan qartalların ömrü 30-65 yaşa qədərdir.


Səmada ən yaxşı hərəkət qabiliyyətinə sahib quşlardan biri olan qartalların bədən quruluşu qüsursuzdur. Bədəninin uzunluğu 75-88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 


2-3 yaşlarında yetkinliyə çatırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. 


Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər. Qartalların bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir qartalın 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. 


Bir qartal uçarkən özünə lazım olan gücün çoxunu qanadlarını çırpma əsnasında, qanadının aşağıya doğru hərəkətindən alır. Buna görə qartalın qanadlarını aşağıya doğru çəkən əzələlərin sayı qanadları yuxarı çəkən əzələlərin sayından çoxdur. 


Bütün qartalların gözlərində "niktitant pərdə" deyilən artıq göz qapağı var. Bu qapağın funksiyası gözləri təmizləmək və qorumaqdır. Qartallar balalarını yedirərkən göz qapaqlarını adətən yumurlar. Bu balaların səhvən anasının gözlərinə zərər verməsinin qarşısını almaq üçün alınan tədbirdir.