Bu maraqlıdır!

Komor adaları

Komor adaları, Qəmər adaları, rəsmi adı ilə Komor Adaları İttifaqı- Cənubi Afrika sahilində, Madaqaskarın şimalında və Mozambik Boğazının girişində yer alan dörd adanın ortaq adıdır: Ngazidja (Böyük Komor; 1148 km2), Ndzvani (Anjuan 424 km2), Moheli (Mvali; 290 km2) və Mayotte (Maore; 375 km2). Ümumi ərazisi — 1862 km²-dir. Əhalisi - 806 153 nəfərdir (iyul 2016-ci il). Paytaxtı - Moroni şəhəridir.


Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, «ay» deməkdir. Ayın təsviri ölkənin bayrağında da əks edilib.


Adalar ilk dəfə Hind okeanında səyahət edən ərəb dənizçiləri tərəfindən kəşf edilmişdir. Dənizçilər adaları “Kumr adaları” və ya “ay adaları” mənasında Cezâirü’l-kamer adlandırmışlar. 


Komor Adalarına İslam xıv əsrdə gətirilib və əhali tamamilə Müsəlman olub. Tarixi mənbələrə görə bu adalarda Müsəlmanların gəlməsinə qədər məskunlaşma nəzərə çarpacaq dərəcədə az olub. Müsəlmanlar bu adalara gəldikdən sonra burada ayrı bir sultanlıq qurdular. Sonralar bu adaların hər birində ayrı-ayrı sultanlıqlar yaradıldı və onlar arasında bəzən müharibələr olurdu.


xvııı əsrdə Tanqanika sahilindən gələrək Böyük Komor adasına yerləşən Şeyx Ngome də Pate adanın xanım sultanının bacısı ilə evləndi. Bu evlilikdən doğulan Mwinye Mku adlı şəxs Sultan Əhməd adını alaraq xalasının taxtına keçdi və digər adaları da özünə birləşdirdi. Sultan Əhmədin Böyük Komor Adasındakı rəhbərliyi 1875-ci ilə qədər davam etdi. Ancaq onun sultanlığı dövründə Fransız müstəmləkəçilər Komor adalarına hücumlara başladılar və 1841-ci ildə Mayotta adasını ələ keçirdilər.


Böyük Komorda 1875-ci ildə Sultan Əhmədin yerinə keçən nəvəsi Seyyid Əli fransızlara yanaşmaq və onların himayədarlığı qəbul etmək məcburiyyətində qaldı. Fransızlar Anjuan adasını da 1886-cı ildə Sultan III Abdullahın hakimiyyətidə oldu vaxt özlərinə tabe etdilər. Beləcə , bütün Komor Adaları Fransız hakimiyyətinə keçmiş oldu.


Adalardakı ənənəvi sultanlıq (əmirlik) Fransız hakimiyyəti altında 1912-ci ildə qədər davam etdi. Fransızlar 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami tətbiqləri ortadan qaldırdılar və Komor adalarını yenə öz hakimiyyətlərində olan Madagaskara tabe etdilər. II Dünya Müharibəsindən sonra Komor adaları Müsəlmanları müstəqillik uğrunda mübarizələrini sürətləndirdilər və bu məqsədlə Tanzaniyada bəzi təşkilatlar yaratdılar. Bu təşkilatlar sonra Komor adaları Milli Qurtuluş Hərəkatında birləşərək güclü fəaliyyət başladılar.


Fransa 1974-cü ildə adaların gələcəyi ilə bağlı referendum keçirmək məcburiyyətində qaldı. Açıqlanan nəticələrə görə Mayotte Adası xalqının 65%-i Fransız idarəsinin davamını, digər adalardakı xalqın isə 95%-i müstəqilliyi istəmişdi. Fransa 1 yanvar 1976-ci ildə Mayotta Adasından başqa adaların müstəqilliyini qəbul etdi. Ancaq maraqlıdır ki, qurulan müstəqil respublikanın başçılığına bir qərb heyranı olan Əli Suveylih keçirildi.


Vulkanlar ölkəsi olaraq da bilinən Komor adalarını meydana gətirən dört adanın ən böyüyü olan Ngazidjada vulkanik fəaliyyət hələ də davam etməkdədir. Bu adada tapılan və eyni zamanda ölkənin ən yüksək zirvesini yaradan Kartala aktif vulkanı (2361 m.) 1857-1952 illəri arasında on dəfə püskürmüştür. Digər adalardakı vulkanlar isə aktiv deyildir. Noyabr-Aprel ayları arasında davam edən mussonların arxasından qızmar və mülayim dəniz iqlimi hökm sürdüyü adalara çox miqdarda yağış düşür.


Etnik tərkibi - antaloatra (metis Afro Ərəb Malaqas mənşəli) - 95%-də çoxu, Makua (Zənci Bantu) - 1.5%, Ərəblər - 0,5%, Malagaslar - 0,5% və həmçinin: farslar, fransızlar və hindistanlilardan - (0,2%) ibarətdir. Rəsmi dövlət dili Ərəb və Fransizdir. Əhalinin böyük əksəriyyəti Komor dilində danişir (suaxili və ərəb dilini qarışığı olan dildir.)


Din - əsasən müsəlmanlar, fransız və Malagas əhali - xristian katolikdir.


Bitki örtüyü çox zəngindir. Xüsusilə ətir istehsalı üçün vanil, qərənfil və yasəmən kimi bitkilər ölkəyə böyük gəlir gətirir. Hindistan qozu, banan, avokado, qəhvə, kakao və manqo və s tropik meyvələri isə Fransa, Hollandiya və Amerikaya ixrac edilməktədir.