Bu maraqlıdır!

Farer adaları

Farer adaları (Azərbaycanca: Qoyun adaları) ya da Faroe Adaları — Atlantik okeanının şimal hissəsində, Şotlandiya ilə İslandiya arasında yerləşən adalar birliyidir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. Birləşmiş Krallığın 200 km şimalında, Norveç ilə İslandiyanın arasında yerləşən ölkədir. 


Farer adalarından İslandiyaya qədər məsafə - 450 km, Norveçə qədər - 675 km, Kopenhagenə qədər - 1117 km-dir. Qrinland ilə bərabər Danimarka Krallığının bir parçası sayılır, lakin 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla, faktiki olaraq bütün dövlət məsələlərini müstəqil surətdə idarə etmək hüququna malikdir. 


Ərazisi - 1400 km2-dir. 


Farer adalarının paytaxtı və əsas liman şəhəri Streymoy adasının cənub-şərq sahillərində yerləşən Torsxavn şəhəridir. Farer adalarının ikinci ən böyük yaşayış məntəqəsi Klaksvik şəhəridir.


Farer adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır. Streymoy adasının sahəsi 373,5 kv.km, bütün adaların ümumi sahəsi isə 1395,74 kv.km.-dir.


Farer adalarının ən hündür nöqtəsi dəniz səviyyəsindən 882 metr yüksəkliyi olan və Esturoy adasında yerləşən Slattaratindur zirvəsidir.


Ərazisi olduqca qayalıqdır; iqlimi şimal qütbü okean iqlimidir. 


Farer adaları isti Qolfstrim Körfəzinin kəsişməsində yerləşdiyindən burada iqlim mülayim olur. Adalarda ildə 280 yağışlı gün müşahidə olunur. Yağışlı mövsüm sentyabr-yanvar aylarında düşür, sonra isə arxipelaq günəş şüalarının səthinə keçməsinə imkan verməyən sislə əhatə olunur.


Adalar qoyun-keçisi ilə məşhurdur. Burada adam başına iki qoyun düşür. Bundan başqa adalar heyvanat və quşlar aləmi ilə də zəngindir.