Təbiət

Hörümçək quyruqlu gürzə

Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) – quyruğunun ucunda yalançı “hörümçək” olan nadir ilan növüdür. Bu ilana ilk dəfə 2006-cı ildə İranın İlam vilayətinin ərazisində rast gəlinib.  


Hörümçək quyruqlu gürzə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülüb. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanıb. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə alıb. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güçlü zəhəri şikarı saniyələr ərzində öldürür. İlanın quyruğu yumurtadan çıxandan sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər.


Bu gürzələrin başında buynuza bənzər iki çıxıntı var. İlanın bədəni bütün olaraq pulcuq ilə örtülüdür. İlan yaxından kiçik əjdahanı xatırladır.
İlanın quyruğunun uzunluğu 55 mm, bədən ölçüsü isə təxminən 531 sm-dir.