Şeirlər

Hikmət Ziya. "Yay gəlib"

Günəş tezdən oyanır,

Üfüqlərdən boylanır,

Elə bil alovlanır.

Necə isti ay gəlib,

Kəndimizə yay gəlib.

 

 

 

Gecə qısa, gün uzun...

Bu, yaxşıdır, qoy olsun,

Ürək fərəhlə dolsun.

Dağa-düzə yay gəlib,

Kəndimizə yay gəlib.

 

 
Barla doludur bağlar,

Əyilibdir budaqlar.

Nə desəniz indi var:

Ağ tut, gilas, gilənar...

Bu yerlərə pay gəlib,

Kəndimizə yay gəlib.