Bu maraqlıdır!

Kuk adaları

Sakit okeanın cənubunda 1.800.000 km2 ərazidə yayılmış 15 adadan ibarət Polineziya ada ölkəsi olan Kuk adaları özünüidarə üsulu olan dövlət qurumudur. Yeni Zelandiya ilə müstəqil assosiasiya şəklindədir. Adalar 1770-ci ildə Ceyms Kuk tərəfindən kəşf edilmişdir. Paytaxtı – Avarua şəhəridir (Rarotonqa adasında yerləşir). Ümumi torpaq sahəsi-236,7 km²-dir. Ən böyük adası- Rarotonqa 67.1 km²-dir.


Kuk adaları iki qrup vulkan və mərcan mənşəli adalardan ibarətdir. Onlar Sakit okeanda 2,2 mln. km² əraziyə səpələnir. Kuk adaları 6 mərcan mənşəli atolldan və 9 vulkan mənşəli adalardan təşkil olunur. Əhali ən böyük ada olan Rarotonqada yaşayır. Şimalda Kiribati, şərqdə Fransız Polineziyası, Niuye, Amerika Samoası, qərbdə Tokelau və cənubda neytral Sakit okean suları ilə sərhəddir.


Adaların mədəniyyəti bir neçə əsr əvvəl burada məskunlaşmış əhali tərəfindən formalaşdırılıb. Kuk adalarında VI əsrdə Taitidən gəlmiş polineziya xalqı məskunlaşıb. Portuqal gəmi kapitanı Pedro Fernandes Kiros XVII əsrdə adalarda ilk avropalıların məskunlaşdığını qeyd edib. XVIII əsrdə Böyük Britaniya dəniz səyyahı Ceyms Kuk adalara çatıb və adalara öz adını verib. Adalara gələn əcnəbilər adaların yazı sistemini inkişaf etdiriblər, adalara xristianlığı və Avropa məktəblərini gətiriblər. Kuk dili (Māori Kūki 'Āirani) və ya Rarotonqa dili ölkənin rəsmi dilidir.


1971-ci ilin siyahıya almaya görə Kuk adalarında 21 322 nəfər adam yaşayırdı. O zamandan başlayaraq, adaların əhalisi tədricən azalır. Emiqrasiyanın əsas axını sabitcə Yeni Zelandiyaya gedir. Hazırda bu ölkədə 40 minlik Kuk adaları diasporası mövcuddur.


Kuk dili və ya Rarotonqa dili adaların rəsmi dilidir. Dilin 15 adada danışılan, qarşılıqlı aydın başa düşülən bir neçə dialekti var.


İqlimi
Kuk Adalarının iqlimi - tropik dənizdir, buna görə də il boyu xoşdur, lakin ziyarət üçün ən yaxşı vaxt - aprel-noyabr ayları arasıdır (quru mövsüm), temperaturu +22-dən +26 ° C-ə qədər dəyişir. Dekabrdan Mart ayına qədər (yağışlı mövsüm) buludlu günlərin və isti tropik fırtınaların yüksək ehtimalı var. Ən yüksək rütubət fevral və mart aylarında müşahidə olunur.


Noyabr-mart ayları arasında qasırğa mövsümü davam edir.


Təbiəti
On beş adadan ibarət olan Kuk Adaları arxipelaqı hələ kütləvi turizmdən çox yararlanmayıb. Lakin adaların təbiəti gələn turistlərin və səyahətçilərin xatirəsinə həqiqətən də silinməz təəssürat yaradır. 


Sahil qayalıqları, ağ qumlu çimərliklər, möhtəşəm riflər, mağaralar və vulkan dağları - adanın təbii sərvətlərinin tam olmayan siyahısıdır.


Bitki örtüyü ilə zəngin olan Polineziya adalarının əsas bitkisi - Hindistan qozu (kokos) sayılır. Adalar heyvanat və quşlar aləmi ilə də çox zəngindir.