Bu maraqlıdır!

Günəş yeri qızdıranda nə baş verir?

Günəş torpağı, dağları, qumu qızdırır. Hava bu qızmış materiallara toxunur və qızır.

 

Hava qızdıqda yüngül olur və atmosferin yüksək qatlarına qalxır, eyni zamanda bu qatlarda olan soyuq hava yerini dəyişərək qalxmış isti havanın yerini tutmağa çalışır.

 

Havanın bu hərəkəti külək adlanır. Küləyin hərəkəti planetimizdə daimidir, ona görə ki, həmişə isti və soyuq zonalar var. Külək enerjisinin köməkliyi ilə yel dəyirmanlarının pərlərini hərəkətə gətirmək və elektrik enerjisi istehsal etmək olar. Bu halda Günəş enerjisi pərlərin köməkliyi ilə elektrik enerjisinə və ya hərəkət mexaniki enerjiyə çevrilir.