Təbiət

Yapon hörümçək yengəci

Yapon hörümçək yengəci və ya nəhəng yengəc (lat. Macrocheira kaempferi) - Sakit okeanın Yaponiya sahillərində, Honsyu və Kyusyu adaları ətraf sularının 50 - 300 metr dərinliyində yayılıb. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir.  Yetkin yengəclər dekorativ məqsədlər üçün akvariumlarda saxlanılır. Bu canlılar qida kimi də istifadə olunur.


Çəkisi 40 kq-dır. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. 150—800 metr dərinlikdə yaşasalar da, adətən 200—300 metr dərinlikdə daha tez-tez rast gəlmək olur. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər.


Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilər.


Hörümçəyə bənzədiyinə görə “hörümçək yengəci” adlandırılıb.


Növ ilk dəfə 1836-cı ildə holland zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınıb. Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür.


Yetkin yengəc balıqçılıq üçün yararlı sayılmır. Əti dadsız olduğundan qida kimi istifadə olunmur. Yetkinlik yaşına çatmayan və nəsil artırmayan gənc yengəclər balıqçılıq üçün yararlıdır. Onların əti ən bahalı və ən dadlı “delikates” hesab olunur. Buna görə nəsli tükənmə təhlükəsi altındadır. Yaz ayları onların ovuna qadağa qoyulur, çünki bu mövsümdə onlar yumurta qoyurlar. Bu dövrdə onlar dayaz suya axın edirlər. Dişi hörümçək yengəclər təxminən 1,5 milyon yumurta qoyur, lakin bunların yalnız bir hissəsi yetkinlik yaşına qədər yaşayır. 


Yengəc yetkinlik yaşına 10 yaşında çatır. Təbii şəraitdə 50 il yaşayırlar.