Şeirlər

N.Rəfibəyli. "Fəsillərin gözəli"

İstiyəm mən, yayam mən,
Ləzzətli üç ayam mən.
Məndə tezdən hər səhər
Gözəl quşlar ötüşər.
Hamı gündə qaralar.

 

Sünbüllər də saralar.
Sarı buğda bol olar,
Tarlalara yol olar.
Mənəm ilin sağ əli,
Fəsillərin gözəli.