Bu maraqlıdır!

Çəhrayı planet

Vaşinqton şəhərində yerləşən Karneqi İnstitutunun alimləri Günəş sistemindən ən uzaq məsafədə yerləşən planet kəşf ediblər. ABŞ-ın Havay ştatında Subaru teleskopunun köməyi ilə aşkar edilən «2018 VG18» adlı planet çəhrayı rəngdədir. Ölçüsünə görə Yupiter boyda olan planetin həcmi ondan 4 dəfə çoxdur.

 

Bildirilir ki, 2018 VG18 və ya "Farout" ləqəbi ("uzaq" - ingilis dilindən) ilə adlandırılan yeni planet Günəşdən təxminən 120 astronomik vahid məsafəsində yerləşir.

 

Alimlər planetin bizdən 18 milyard kilometr məsafə uzaqda olduğunu bildirirlər.

 

Cırtdan planet uzaqda yerləşdiyindən yavaş hərəkət edir və obyektin Günəş ətrafındakı orbital dövrü 1000 ilə bərabər olacaq. "Farout"un diametri isə təxminən 500 kilometrdir.

 

Planetin çəhrayı rəngi onun tərkibində yüksək miqdarda buz kütləsi olduğunu göstərir. Astronomların fikrincə, planetin rəngi onun üzərindəki qazların soyumağa vaxtının olmaması və buna görə də istilik 237 dərəcənin altına düşməməsi ilə əlaqədardır.

 

Çəhrayı planet 160 milyon yaşı olan GJ 504 ulduz sistemində kəşf edilib, bu da o deməkdir ki, planetin özü daha gəncdir. Belə ki, günəş sistemimizin təxminən 4.6 milyard yaşı var.