Bu maraqlıdır!

İngiltərənin Men adası

Men adası (Isle of Man)- İrlandiya Dənizində və Britaniya Adalarının coğrafi mərkəzində, Şimali İrlandiya ilə Şotlandiya arasında yerləşən ayrı bir dövlətdir. Böyük Britaniyanın əsas mülkiyyəti sayılır. Ölkəni əsas məşhur edən onun “üç ayağdan ibarət olan qerbidir”. Paytaxtı- Duqlas şəhəridir.


V əsrdə Müqəddəs Patrikin adaya gəldiyi və oraya Xristianlığı gətirdiyinə inanılır. Men Adası, ilk dəfə VIII əsrdə Vikinq məskəni olaraq istifadə edilirdi. 1079-da Godred Crovan tərəfindən Mann və Adalar adlı Nors krallığı quruldu. Ada 1266-cı ildə Norveç Kralı IV. Maqnus tərəfindən Şotlandiyaya buraxıldı. XIV əsrdə isə İngiltərəyə keçdi və 1765-də Birləşmiş Krallığa bağlandı.


Ada günümüzdəki adını, tarixi Mann Krallığından alır. Bir iddiaya görə Mann adı, adayı qoruduğuna inanılan Manannán mac Lir adlı Kelt dəniz tanrısının adından gəlir.


Duqlas — Men adasının 1863-cü ildən paytaxtı, adanın nəqliyyat və iqtisadi mərkəzidir. Əhalisi — 26218 nəfər (2006-cı il siyahıyalanması), ada əhalisinin üçdə birini təşkil edir. Duqlas iki çayın Du və Qlassın qovuşmasında yerləşir. Şimal-qərbdən və cənub-şərqdən onu təpələr əhatə edir.


Şəhərdə dünyada yeganə atlı tramvay nəqliyyat növü işləyir. Duqlasda dünyada ən qədim parlamentlərdən biri - Tinvald fəaliyyət göstərir.


Men adasının gözəl təbiəti və möhtəşəm çimərlikləri bütün Avropadan gələn turistləri cəlb edir. Burada turizm iqtisadiyyatın əsasını təşkil edir.