Bu maraqlıdır!

Yellouston Milli Parkı

Sahəsi təxminən 8983 km ² olan Yellouston Milli Parkı (ing. Yellowstone National Park) ABŞ-ın Vayominq, İdaho və Montana ştatının sərhədlərinin kəsişdiyi sahədə yerləşir. Parkın böyük bir hissəsi təxminən 96%-i Vayominqdə, 3%-i Montanada, 1 % - i isə İdaho ştatındadır. 1 mart 1872-ci ildə prezident Ulysses S. Qrantın imzası ilə ABŞ-ın və dünyanın ilk milli parkı hesab edilib.


Park çox böyük qeyzerleri ilə tanınır. Dünyadakı isti su qaynaqlarının yarısı burada yerləşir, sayı 10.000-dən çoxdur. Yelloustonda 300 -dən çox qeyzer , 290 -dan çox da irili- xırdalı şəlalə var.


Yellouston Milli Parkında təqribən 1100 növ yerli, 200-dən çox ekzotik bitki növü var. Park məməlilər, quşlar, balıqlar və sürünənlərin yüzlərlə növünə ev sahibliyi edir. Yelloustonda özəlliklə Şimali Amerika boz ayısı, Amerika Qara ayısı, Kanada maralı, antilop, çaqqal və vaşaqlara sıx rast gəlinir.


1960-cı ilin sonuna doğru Yelloustonda ayı populyarlığı artdı. Ayılar insanlardan qorxmadıqları üçün, park və gəzinti yerlərində zibilləri qarışdıraraq yemək axtarırdılar. Nəhayət bunu önləmək üçün parkdakı bütün zibilqablarını qapalı, ayıların çata bilməyəcəyi formada dizayn etdilər.


Parkdakı termal fəaliyyətlər də heyvanların yeməklə təminatına böyük kömək göstərir. Qeyzerlərin yaydığı isti, otların daha yaxşı yetişməsinə səbəb olur və qışda qarla örtülməsinin qarşısını alır. 


Yelloustonun isti bulaqlarında yaranan rənglər bu sularda inkişaf edən mikroblara görədir. Suyun hansı rəngdə olmasını isə suyun temperaturu müəyyən edir.


Sürətlə axan Yellouston çayının üzərində yerləşən Aşağı şəlalə parkın ən hündür şəlaləsidir. 94 metr hündürlüyə malik bu şəlalə Niaqaradan 2 dəfə hündürdür.


Yellouston parkı 48 ştat arasında ən geniş növ məməlilər dəstəsi yaşayan yerdir. Burada ayı kimi yırtıcılarla yanaşı otyeyən və balaca heyvanlara da rast gəlmək mümkündür.


Amma yenə də parkın ən əsas xüsusiyyəti Old Feytful püskürməsidir.