Bu maraqlıdır!

Kaliforniyanın Anza-Borrego Çölü

ABŞ-ın Kaliforniya əyalətinin cənubunda yerləşən Anza-Borrego Çölü (Anza-Borrego Desert State Park), hardasa hər il rəngarəng yabanı çiçəklərlə bürünür. Yağışlı mövsüm bitdikdən sonra çöl torpağı altındakı bitki toxumları birdən canlanmağa başlayır və torpağının önəmli bir hissəsi rəngli çiçəklərlə örtülür. 


Yaz fəslində burada hava temperaturu çox isti olmur (yalnız +32 dərəcə) və iqlim çox quru və küləkli olduğundan bu temperatur asanlıqla keçir. Səhradakı çiçəkləmə qüvvəsi qış fəslində yağan yağışların çoxluğundan aslıdır. Az miqdarlı və ya gec yağan yağışlar səbəbi ilə çiçəkləmə çox zəif ola bilər və hətta bəzi yerlərdə çiçəklər heç görünməyə də bilər. Səhradakı çiçəklənmə uzun sürmür. Yalnız bir neçə həftə - və amansız isti günəş çiçəkli bitkilərin bütün əzəmətini məhv edir.


1933-ü ildə çölün bütün hissəsi Beynəlxalq Qoruq elan edildi. Sahəsi təxminən 2.400 km-dir. Bir çoxları Anza-Borrego çölünü rəsmi olmayan adı The Flowering Desert ilə tanıyır.


Tədqiqatçılar və turistlər bu möhtəşəm mənzərini görmək üçün dünyanın dörd bir yanından bura axın edir. Yaz fəslində gözəl çiçək açan mariqold çiçəklərini, zanbaqları və xüsusi çöl bitkisi olan kaktusları görmək mümkündür. 


Çölün şimal hissəsində Palma Kanyonu yerləşir, burada nadir tapılan ağac növləri və qeyri-adi palma ağacları bitir. Sahə böyük kanyonlarla əhatə olunub. Çölün bəzi sahələri minlərcə ildir ki, külək, su və eroziya təsirinə məruz qalaraq boz və qəhvəyi heykəl daşlarla örtülmüşdür.