Təbiət

Konfet ağacı “Şirin hoveniya”

Konfet ağacı kimi tanınan “Şirin hoveniya”nın (Hovenia dulcis) hündürlüyü 10-20 metrədəkdir. Vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalaydır. Hoveniyanın yarpaqları növbəli, yumurtavari və ürəkvari-yumurtavaridir. Ağ çiçəkləri çətirvari formada olub, yarpaq qoltuğunda və ya zoğun ucunda yerləşir. 


Şaxələnmiş çətiri, böyük, parlaq, tünd yaşıl yarpaqları, xırda, açıq sarı çiçək salxımları bitkiyə çox dekorativ görünüş verir. İyulda çiçəkləyir. Quru, çəyirdəkli meyvələri ətli meyvə saplaqlarının ucundan çıxır.

 
Hoveniya toxum və qələmlərlə çoxalır. Soyuq oranjereyalarda becərilməsi mümkündür. Ağac dekorativ sayılır.


Əsasən rütubətli, qumlu torpaqlarda bitir. Şirin, ətirli meyvə saplaqları yeməlidir və dadına görə turş kişmişə bənzəyir. Ona görə konfet ağacını “yapon kişmiş ağacı”da adlandırırlar. Qurudulmuş halda meyvə saplaqları kişmiş kimi istifadə edilə bilər.


Qədim Misir, Babil və Romada konfet ağacı "1001 dərdin dərmanı” sayılırdı. Ruhdan düşmə, hətta qanazlığı kimi xəstəliklərdə illər boyu geniş istifadə olunurdu. 


Ömrü 30-40 ildir.