Xəbərlər

Məktəblilər istehsal müəssisələrində

Bakı, 22 dekabr, AZƏRTAC  

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin istehsal müəssisələrinə ekskursiyaları təşkil olunur.


BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, zavod və fabriklərə ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəbliləri istehsal sahələri və prosesi ilə tanış etmək, onların peşə seçiminə kömək göstərməkdən ibarətdir.


Ekskursiyalar zamanı şagirdlərə zavod və fabriklərin iş prinsipi, məhsulların hazırlanma texnologiyası barədə məlumat verilir. Həmçinin Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi və bu sahədə ixtisaslı kadrlara ehtiyacın artdığı məktəblilərin diqqətinə çatdırılır.


Ekskursiyalar çərçivəsində şagirdlər üçün istehsal müəssisələrinin fəaliyyətinə dair videoçarxlar nümayiş olunur, mütəxəssislər tərəfindən onları maraqlandıran suallar cavablandırılır.