Bu maraqlıdır!

Sağlam olmaq üçün nələrə diqqət etməliyik?

Sağlam qalmağın müxtəlif qaydaları mövcuddur. Həmin qaydalara riayət edən hər kəs mütləq bunun müsbət nəticəsini görəcək. 


Sağlam olmaq üçün əvvəlcə şəxsi gigiyenaya diqqət yetirməliyik. Müntəzəm olaraq duş qəbul etməliyik. Dırnaqlarımızın qısa və təmiz saxlamalıyıq. Yeməkdən əvvəl əllərimizi mütləq yumalıyıq. Yeməkdən sonra və xüsusilə yatmazdan əvvəl dişlərimizi fırçalamalıyıq. Orqanizmin sağlamlığı üçün müntəzəm olaraq idman etməli, sağlam və vaxtında qidalanmalıyıq. Yuxumuzun düzgün olmasına diqqət yetirməli, tez yatıb və tez durmalıyıq. Peyvəndlərimizi vaxtlı-vaxtında etdirməliyik. Meyvə və tərəvəzləri yeməzdən əvvəl bol su ilə yumalıyıq. Qidalarımızın təmiz olmasına diqqət yetirməliyik. Tərli ikən su içməməliyik. Açıq-aşkar satılan qidalardan uzaq durmalıyıq. Siqaret və içki kimi zərərli vərdişlərdən uzaq durmalıyıq. Valideynlərimizin icazəsi olmadan heç bir dərman qəbul etməməliyik.


Bədbəxt hadisələrə səbəb olduğu üçün kibritdən, bıçaq kimi kəsici əşyalardan uzaq durmalıyıq. Elektrik cərəyanı mənbəyi ilə oynamaq olmaz. Küçənin təhlükəli hissələrində, məsələn, ortasında oyun oynamamalı, velosiped sürməməliyik. Avtomobillərin şüşələrindən sallanmamalıyıq. 


Sağlamlığımızın qeydinə qalaq. Bütün bunlara əməl etməklə həm sağlam həyat tərzi keçirə, həm də sağlamlığızı qoruya bilərik.