Xəbərlər

“Spanç Bob və dostlarının yeni il sərgüzəştləri” tamaşası göstəriləcək

Dekabrın 25-dən yanvarın 6-dək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Spanç Bob və dostlarının yeni il sərgüzəştləri” tamaşası göstəriləcək. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatı əməkdar mədəniyyət işçisi Vladimir Neverov, ssenari müəllifi Teymur Rəhimovdur. Tamaşaçıları Spanç Bob və onun dostları, həmçinin Şaxta baba və Qar qızla maraqlı görüş gözləyir. Biletlər teatrın kassalarında satılır.