Şeirlər

Ələmdar Quluzadə. “Kələm kimi”

Dolmanı bükmək üçün
Ana kəsdi kələmi,
Heyrət, maraq götürdü
Bizim kiçik Kərəmi.
 
Gülə-gülə söylədi: -  
Nə qədər paltarı var!
Əlbət qorxur ki, qarda
Şaxtada soyuqlayar...
 
Özü palto geymədən
Qaçıb getdi həyətə,
O, qar topu oynayıb
Xəstə yatdı bir həftə.
 
Haçan çöldə, bayırda
Su donur, qar görünür,
Kərəm çölə çıxanda
Kələm kimi geyinir.