Şeirlər

Oqtay Zülfüqarov. Mən düzlüyü sevirəm

Xoşlamıram arada
Xəbərçilik edəni,
Olmayan yalanları
Özündən düzəldəni.
Sən deyəndə sözünü,
Çalış çəkmə özünü,
Düz danış, qaç yalandan,
Özünə hörmət qazan.
Yerdə çör-çöp görəndə
Tez əyilib yığıram,
Pinti olan hər kəslə
Bilin, heç yoxdur aram.
Təmizkaram əvvəldən,
Öyrədib məni nənəm.
Təmizliyi sevirəm,
Ona əməl edirəm.
Oğlan qızı saçlasa,
Cəld əlindən tutaram
Aralayıb onları
İncitməyə qoymaram.
Hamı həyətdə bilir,
Mən düzlüyü sevirəm.
Əyriliyi görəndə
Heç vaxt dözə bilmirəm.