Xəbərlər

1-7 Avqust- Ümumdünya Ana Südü Həftəsidir

Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi ilə 170-dən çox ölkədə Ümumdünya Ana Südü Həftəsi keçirilir.


Ana südü körpələrin sağlam böyüməsi və inkişafı üçün zəruri qida maddələri ilə təmin olunmasında ideal vasitədir. DST tərəfindən 6 ayınadək körpələrin yalnız ana südü ilə qidalandırılmasını, sonra isə lazımi yeməklər əlavə etməklə əmizdirmənin 2 yaşına və daha artıq yaşadək davam etdirilməsini məsləhət görür.


Ana Südü Həftəsi ana südü ilə qidalandırmanın mühafizəsi, təbliği və dəstəklənməsi məqsədi ilə 1990-cı ildə DST və Uşaq Fondu (YUNİSEF) tərəfindən qəbul edilmiş İnnoçenti bəyannaməsi əsasında keçirilir.