Şeirlər

İsmayıl İmanzadə. "Kəpənək"

Uzaqdan boylananda

Elə bildim çiçəkdi.

Bir az yaxına gəlib,

Gördüm ki,kəpənəkdi.

İstədim tutam onu,

Uçub getdi uzağa.

Qaldım şehli çəməndə

Dalınca baxa - baxa.

Zərif qanadlarında

Əlvan xalları vardı.

Elə bil ki. məni də

Özü ilə apardı.