Təbiət

Dünyanın ən küləkli yeri - Viktoriya Torpağı

Antarktidada yerləşən “Viktoriya Torpağı” dünyanın ən küləkli yeri hesab edilir. Burada küləyin sürəti-saatda 215 kilometr təşkil edir.

 

Viktoriya Torpağı (ing. Victoria Land) — şərqində Ross buz sahəsi və Ross dənizi, qərbdə isə Oates və Vilkes torpağları ilə əhatə olunmuşdur. Bölgənin qərb hissəsi hündürlüyü 4025 m-ə qədər olan dağ yaylasından ibarətdir (Lister dağı).

 

Viktoriya torpağının mərkəzi hissəsində buzun qalınlığı 2000-2500 m-dən çoxdur.

 

Viktoriya Torpağı 1841-ci ilin yanvarında Ceyms Klark Rossun ekspedisiyası tərəfindən kəşf edilib və Kraliça Viktoriyanın şərəfinə adlandırılıb. 1911-14-cü illərdə bölgə Duqlas Mouson ekspedisiyası tərəfindən tədqiq edilib.

 

Bölgəyə Transantarktika dağları və quru Makmerdo vadiləri daxildir. Viktoriya torpağının bir hissəsi Ross ərazisinə aiddir.

 

Amerikalı meteoroloqların fikrincə, Viktoriya Torpağında onlar son iyirmi ilin ən güclü küləyini qeydə almağa müvəffəq olublar.

 

Avstraliya və Yeni Zelandiya (qismən) Viktoriya Torpağına rəsmi olaraq iddia edirlər, lakin Antarktida Müqaviləsinə əsasən, dünyanın bu hissəsində hər hansı ərazi iddiaları 1961-ci ildən qeyri-müəyyən müddətə dondurulmuşdur.

 

Rusiyanın “Leninqradskaya” elmi stansiyası 1971-ci ildən bəri Viktoriya Torpağı ərazisində fəaliyyət göstərir.