Bu maraqlıdır!

Yaponiyanın Honşu adası

Honşu, digər adları ilə Hondo, Hippon — Yapon arxipelaqının dörd əsas adasından biridir (Kyusyu, Şikoku, Honşu, Hokkaydo). Sahəsi 227 969,74 km² təşkil edən Honşu adası Yaponiyanın ən böyük adası sayılır. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir.


Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Yaponiyanın paytaxtı Tokio Honşu adasının Kanto bölgəsində yerləşir. Ölkə əhalisinin əksəriyyəti 103 milyon nəfər bu adada yaşayır və bu, Yaponiya əhalisinin 80% -ni təşkil edir.


Adanın ikinci adı Hondo, bu gün nadir hallarda istifadə olunur. Yapon dilindən tərcümədə Hon – “əsas”, SYU və DO “inzibati bölgə” deməkdir. Tərcümədə Honşu – “Əsas vilayət”, Hondo isə - “Əsas bölgə” deməkdir. Ada bütünlükdə 5 regiona və 34 prefekturaya bölünüb. Bura daxil olan prefekturaların ərazisinə digər adalarda daxildir: Bonin adaları, Sado, İdzu-Oşima və Avaci. Tokio, Sendai, Osaka, Kyoto şəhərləri bu adada yerləşir.


Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır. Onun hündürlüyü 3776 m təşkil edir. Vulkan Yaponiyanın rəmzi sayılır. Bu hündürlüyə görə ada dünyada yeddincidir. Adanın ən böyük çayı Sinano çayıdır. Honşu adasının az təbii sərvəti var. Bunlar vulkan, dəmir filizi, qurğuşun-sink filizləri, həmçinin neft, kömür və yanan qazın ətəyində kükürd yataqlarıdır.


Honşu adasında musson və okeanik iqlim üstünlük təşkil edir. Adanın şimalında - mülayim, cənubunda isə subtropik iqlim müşahidə edilir. İyulda orta temperatur 20-25 dərəcə, yanvar ayında isə orta istilik -2 ilə -5 dərəcədir. Yağışlı mövsüm iyun - iyul aylarında başlayır.


Adada tez-tez zəlzələlər baş verir. Səbəb isə üç tavanın toqquşduğu yerdə yerləşməsidir. Adanin mənşəyi vulkanikdir.


Honşu adasında ən böyük Biva gölü və bir çox dağ çayı yerləşir. Bu su anbarları düyü sahələrini suvarmaq üçün əhəmiyyətli sayılır.


Honşu adası digər adalarla nəqliyyat yolları ilə bağlanır, xüsusən Hokkaydo adası ilə Honşu adasını “Seykan yeraltı tuneli” bağlayır, Şikoku adası ilə isə Seto Ohasi körpüsü bağlayır.


Adanın xüsusi görməli yerləri: Əsasən Tokiodan 90 kilometr cənub-qərbdə yerləşən Fudziyama (qısa olaraq Fuci) dağı sayılır. Bundan başqa, adanın şimal hissəsində yerləşən Osoreyama vulkan dağıdır (“Qorxu dağı” kimi də adlanır).