Fikrət Sadıq. Alma harda bitir?
İki qardaş,bir bacı:
Faiq,Çingiz və Sona.
Mübahisə etdilər
Alma yeyəndən sonra.
Faiq dedi ki:-Alma
Ağacdan dərilibdir.
Çingiz dedi:-Anamın
Zənbilindən gəlibdir.
Kiçikdir hələ Sona
Di gəl,onu inandır.
Qardaşlar nə dedisə
Sona dedi:-Yalandır!
Almanı mən həmişə
Süfrəmizdə görmüşəm.
28.02.2019