Şeirlər

İsmayıl İmanzadə. "Gerbim, himnim, bayrağım"

Sərvətimdi, varımdı, 
Yenilməz vüqarımdı. 
Andım, ixtiyarımdı 
Gerbim, himnim, bayrağım! 

 

Sinəmdəki bu həvəs, 
Şəhid qanına əvəz. 
Aləmə salıbdı səs 
Gerbim, himnim, bayrağım! 

 

Ana Kürdü, Arazdı, 
Vəsf eləsəm də, azdı.

Təzə bahardı, yazdı 
Gerbim, himnim, bayrağım! 

 

Varlığımdır, səddimdir, 
Basılmaz sərhədimdir. 
Səsim, imzam, xəttimdir 
Gerbim, himnim, bayrağım! 

 

Kəpəzdi, Savalandı, 
Ürəyimdəki qandı. 
Anam Azərbaycandı! 
Gerbim, himnim, bayrağım!