Şeirlər

Teymur Elçin. Balaca ulduzlar

Göydə yox, yerdədir
Bizim ulduzlar;
Balaca oğlanlar,
Balaca qızlar.
Günəşin dalınca
Gedirlər hər gün,
Dünyanı zülmətdən,
Qurtarmaq üçün.
Göydə yox, yerdədir
Bizim ulduzlar
-Balaca oğlanlar,
Balaca qızlar.