Şeirlər

Tofiq Mahmud. Yağış yağır dənizdə

Damlalar nizə-nizə,  

Yağış yağır dənizə.  

Su üstü çopur-çopur,  

Her damla suya hopur.  

Üstü inci dolu sap  

Göydən asılıb qalır.  

Gətirmir bu yükə tab,  

Dəniz üstə qırılır,  

GaJh təyyarə yaradır,  

Gah fəvvarə yaradır.  

Dənizdən buxar kimi  

Uçub. qucur göyləri,  

Köçəri quşlar kimi  

Bu gün qayıdır geri.  

Qayıdır dəstə-dəstə,  

Şənlənir dəniz üstə,  

Bu quş - damla necə çox,  

Sayı-hesabı da yox.,,  

Bəlkə gəzir dən izi,  

Elə döyür dənizi.  

Köçəri quş - damlalar,  

Çalır sanki laylalar.  

Bu da xoş gəlir bizə,  

Yağış yağır dənizə...