Bu maraqlıdır!

Barren adası

Barren Hindistana məxsus olan vulkanik məşəli adadır. Adada yerləşən eyniadlı Barren vulkanı Cənubi Asiyanın yeganə aktiv vulkanı sayılır.


Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. 

 

1787-ci ildə burada ilk vulkan püskürməsindən sonra qeydə alınan püskürmələr:1789, 1795, 1803-04, 1852, 1991, 1994-95, 2004, 2006-07, 2008, 2010 və 2013 illərdə baş verib.


Ada möhtəşəm iqlimi, heyrətamiz zəngin bitki örtüyü və "ekoloji təmizliyi" ilə məşhurdur.


Barren adasının tək sakinləri, bəzi keçilər, siçanlar deyil, adanın sərt və çətin şərtlərində həyatda qala bilən digər heyvan növləridir. Şərtlər nə qədər sərt olursa olsun, ada kristal şəffaflığında su, zəngin dəniz yaşamı və inanılmaz mərcan örtüyü ilə məşhurdur. 


“Unikal dərili tısbağalar” hər il yuva qurmaq üçün Barren adasına gəlir. Onların çəkisi 600 kq-a çata bilər və uzunluğu 2,5 metrdir. Tısbağanın bu növü nəsli kəsilmək təhlükəsi altındadır, buna görə də, yumurta qoyma sezonunda adada turistlərin və yerli sakinlərin tısbağaların yaşayış yerlərinə yaxınlaşması qəti qadağan edilir.


Ada turistlər arasında məşhurdur. Ziyarətə gələn turistlərin sayı hər il artır. Lakin bura gəlmək üçün xüsusi icazə almaq lazımdır.