Xəbərlər

2 oktyabr Beynəlxalq Qeyri-Zorakılıq Günüdür

Bu gün Beynəlxalq Qeyri-Zorakılıq Günüdür. 

 

2007-ci il 15 iyun tarixdən etibarən hər il oktyabrın 2-si  Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilir. Bu tarix BMT Baş Assambleyasının qəbul etdiyi qərarla Hindistanın müstəqilliyi uğrunda mübarizə aparan hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum gününə  təyin edilib. Qəbul olunmuş qətnamədə də qeyd olunduğu kimi bu günün əsas məqsədi – sülh, dözümlülük anlayışını və zorakılıqdan imtina mədəniyyətini insanlara çatdırmaqdır.

 

2010-cu ildə Azərbaycanda məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilmişdir.

 

2012-ci ildə isə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında qanun qəbul edilmişdir. Bu qanun məişət zorakılığına məruz qalmış şəxslərə cinayət olmayan əməllərdən belə qorunmağa imkan verir (cinayət tərkibinin əlamətləri  olmayan şikayətlərə: pisixi təsir göstərmə, iqtisadi asıllılıqda saxlama, təhqir, təhdid, ictimai təcrid etmə və s. mənəvi zorakılıq halları daxildir).