Şeirlər

İsmayıl İmanzadə. Bizim arx

Bu arxla gör necə də

Şırıl - şırıl su gəlir.

Bu arxdan yarpız ətri,

Çiçək qoxusu gəlir.

Başı qarlı dağların

İşıltısıdır bu dağ.

Mürgülü qönçələrin

Mışıltısıdır bu dağ.

Yaz gələndə budaqda

Zərif yarpaq bitirir.

Yamyaşıl tarlalara

Təzə nəfəs gətirir.

Dumduru sularıyla

Süfrələrə dad verir.

Bağ - baxçaya dirilik,

Torpağa həyat verir.