Bu maraqlıdır!

Rənglər haqqında nə bilirik?

Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rəng var ki!..

Üç əsas rəng var: qırmızı, sarı və göy

O rənglər ki, iki və ya daha artıq rəngin qarışığından alınır, belə rənglərə qarışıq rənglər deyilir. Bənövşəyi, yaşıl və narıncı isə qarışıq rənglərdir. Rənglər isti və soyuq olur. İsti rənglər bizə istini, günəşi, isti səhranı, alovu xatırladır: qara, qırmızı, sarı, narıncı, çəhrayı, qəhvəyi. Soyuq rənglər isə bizə soyuğu, qışı, meşəni, qaranlıq gecəni, dənizi və səmanı xatırladır: ağ, mavi, göy, yaşıl, bənövşəyi.