Xəbərlər

Bakı Dövlət Sirkində balacalara “Ekstremal qış” sirk şousu təqdim olunub

Bakı, 4 yanvar, AZƏRTAC

 

Bakı Dövlət Sirkində “Ağ pələnglər attraksionu” şousunun ardından yeni sirk proqramı təqdim olunub.


AZƏRTAC xəbər verir ki, “Ekstremal qış” adlanan yeni proqramın heyəti Rusiyanın və Ukraynanın sirk ustalarından ibarətdir. Dəmir şar içərisində göstərilən moto-şou proqramın ən unikal nömrəsidir. Möhtəşəm şouda əhilləşdirilmiş heyvanların maraqlı nömrələri, illüziya, hava gimnastları, akrobatların çıxışları təqdim edilib, xüsusi işıq effektlərindən istifadə olunub. Yeni il günlərinə düşdüyü üçün proqramda bayramın rəmzi olan Şaxta baba və Qar qız da iştirak edib.


İki saat davam edən proqramı tamaşaçılar 2018-ci il yanvarın ortalarınadək izləyə biləcəklər. Biletləri sirkin kassalarından hər gün saat 10:00 -dan 20:00 - dək əldə etmək olar.