Bu maraqlıdır!

Suriyanın “Arvad” adası

Arvad adası- Suriyanın yaşayışı olan  yeganə adasıdır. Olduqca kiçik bir adadır: ərazisi cəmi 6 kvadrat kilometrdir, sahil xətti isə 183 - 193 km arasındadır. Adanın çimərlikləri yoxdur, amma qədim qalaları ilə dünyada tanınır. 


Hazırda adada beş min insan yaşayır. Yerli sakinlərin əsas məşğuliyyəti balıqçılıq və gəmi inşasıdır.


Arvad adası həqiqətən çox qədim bir yerdir. Eramızın II minilliyində finikiyalılar burada məskunlaşıb. Misir mənbələrində isə Arvad adası haqqında e.ə. XV əsrdən bəhs edilir. 


Qədimdən Arvad adası vacib bir ticarət məkanı olub. Sakinləri bacarıqlı dənizçilər, tacirlər və əsgərlər olub. Tarix boyunca Arvad adası xarici işğallardan qaçanlara sığınacaq da verib. 


Eramızdan əvvəl VIII əsrdə Assuriyaya, 604-cü ildə isə Babil dövlətinə itaət oldu.  Eramızdan əvvəl V əsrin sonlarından başlayaraq şəhər öz pulunu çıxarmağa başladı. İlk əvvəl  Roma tərəfindən idarə olundu, sonra isə  Bizans idarə etməyə başladı. XII əsrin sonlarında Bizansın süqutu səbəbindən ada səlibçilərin nəzarəti altına keçdi. XIV əsrdən (1302-ci il) ada müsəlmanların hakimiyyəti altına keçdi. Adada, orta əsrlərə aid türbələr, Osmanlı dövründən qalan bir neçə tikinti qalıb.


Eramızdan əvvəl XIV əsrdə Arvad adası hetlərlə ittifaqa girib Misirlə müharibə etməyə başladı.


1920-1945-ci illərdə ada Fransanın nəzarəti altında idi. Dekolonizasiya zamanı Fransa ada üzərində suverenliyini qorumağa çalışdı, lakin ABŞ-ın təzyiqi ilə 1946-cı ildə yaranan Suriyaya müstəqilliyini vermək məcburiyyətində qaldı.


Ada ərazisində quru Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Suriyanın son siyahıyaalmasına əsasən, adada 4.403 nəfər yaşayırdı. 1304-cü ildə xristian qalası yıxılana qədər müxtəlif xristian dinləri uzun müddət adada hökm sürsə də, əhalinin əksəriyyəti (60-70%) indi şiə müsəlmanları və ələvilərdir. Bu gün xristianların sayı 30-40% təşkil edir (bunların əksər hissəsi Yunan Pravoslavları, həmçinin Antakiya Pravoslav Kilsəsinin davamçılarıdır).