Təbiət

Cənubi Amerikanın qeyri-adi Yareta bitkisi

Yareta bitkisi- Peru, Çili, Boliviya, Argentinada böyüyən qeyri-adi bir bitkidir. Dəniz səviyyəsindən 3000-4000 metr aşağı yerləşən ərazilərdə ona rast gəlmək qeyri mümkündür.


İspan dilində "Llareta" adı ilə də tanınan bu bitki nəhəng görünür, amma əslində elmi adı "Azorella compacta" olan Apiaceae ailəsinə aid olan minlərlə kiçik cücərtilərindən ibarət bir kolonnadır. Yaretaya "bitki yastığı" da deyilir.  Yaretanin böyümə sürəti, mütəxəssislərin fikrincə, ildə maksimum 2 santimetrdir.


Yareta il boyu yarpaq açmır və çoxillik həmişəyaşıl bitkidir. Çəhrayı və ya yasəmən rəngdə çiçəklər açır. Yareta hermafrodit bitkidir, yəni çiçəkləri həm dişi həmi də erkək xüsusiyyətlərini özündə birləşdirir. Bu o deməkdir ki, böcəklər tərəfindən tozlanmış olsa da, özünü mayalama qabiliyyətinə malikdir.


Bitki böyüdüyü mühitə görə bu kosmik görünüşə sahibdir. Belə ki, yetişdiyi yüksəklikdə son dərəcə istilik itkisini azaltmaq üçün bitkinin yarpaqları bir-birinə çox yaxın bitir. Bundan əlavə, mümkün qədər torpağa yaxın bitir, belə ki burada havanın istiliyi bu ekosistemin orta temperaturundan bir neçə dərəcə yüksəkdir.


Yerli sakinlər Yareta bitkisini yemək bişirmək üçün yanacaq olaraq istifadə edirlər. Yaretanınin yemək və ocaq qalama məqsədilə kütləvi şəkildə toplanması  bu bitkinin azalmasına gətirib çıxarır. Ekoloqlar bu bitki növünün məhv olma təhlükəsi altında olduğuna inanır. Buna görə də, hazırda Yaretanın böyüdüyü dörd ölkə onun hasil edilməsini qadağan edir. Vaxt keçdikcə əvvəlki görünüşünün bərpa ediləcəyinə ümid edilir. 


Bitki tibb sənayesində istifadə olunmasa da, müalicəvi xassələri ilə bağlı araşdırmalar aparılır. Lakin qədim zamanlardan bu günə kimi yerli sakinlər revmatoloji ağrıların qarşısını almaq məqsədilə daim Yaretadan istifadə edirlər. Deyilənə görə, yarpaqlarından hazırlanan çay qan təzyiqi və şəkər xəstəliyinə qarşı yaxşı təsirə malikdir.  Hətta arıqlamaq istəyənlərin iştahını azaltmaq məqsədi ilə də bitkidən dərman kimi istifadə edilir.


Yareta çox qədim bir bitkidir. Koloniyaların bir çoxunun üç min ildən daha çox yaşı olduğuna inanılır. Güman edilir ki, Yareta bitkisi demək olar ki, bəşər tarixi yaranandan  böyüməyə başlayıb.