Xəbərlər

Bu gündən məktəblərdə payız tətili başlanıb

Bu gündən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlanıb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tətil noyabrın 20-dək davam edəcək.
Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.