Təbiət

Boya ağacı

Toxicodendron vernicifluum və ya "Yapon boya ağacı" kimi tanınan bu ağac, qabığı kəsildikdə içərisindən axan zəhərli maye sayəsində Şərqdə şöhrət qazanıb.


Havada polimerləşən və sərtləşən zəhərli, yüksək texniki keyfiyyətə sahib olan boya Şərqi Asiya ölkələrində, əsasən Çin, Yaponiya və Himalayda geniş istifadə olunur. 


Boya ağacı sürətlə böyüyən ağacdır. Hündürlüyü 10 - 20 m-ə çatır. Yarpaqları böyük, çiçəkləri isə kiçikdir. İyun ayında çiçək açır.


Boya ağacının meyvələri sentyabr ayında yetişir. Payızda, yarpağın düşməsindən əvvəl, yarpaqlar qırmızı-qəhvəyi rəng əldə edir, bu da ağaca dekorativ görünüş bəxş edir. Ağacın bütün hissələri zəhərlidir; onlarla təmasda olduqda dəridə qızartı, qaşınma və bəzi hallarda iltihab prosesi baş verir (həssaslığa görə).


Ağacdan maye 5-7 yaşdan başlayaraq çəkilməyə başlanılır və hər 5-7 ildən bir istehsal olunur. Hər ağac hər mövsümdə 30-50 qram şirə verir. 


Təbii boya, Çində eramızdan əvvəl də geniş istifadə olunurdu, onu qayıqların altına, divarların və binaların fasadlarına çəkirdilər və yalnız VII - XII əsrlərdə boyadan incəsənətdə, əl işlərinin boyalanmasında istifadə etməyə başladılar. Hazırda təbii boya yalnız bu şəkildə istifadə olunur. 


Boya tətbiqinin qabaqcılları çinlilər idi, yalnız sonradan digər ölkələrdə, məsələn, Yaponiyada da oxşar texnikaları tətbiq etməyə başladılar. İndi təbii boya yalnız dekorativ məqsədlər üçün istifadə olunur və bu məhsullar çox bahalıdır.