Bu maraqlıdır!

Yer planeti

Yer bizim evimizdir və onun qayğısını çəkmək, qorumaq üçün müəyyən biliklərə malik olmalıyıq. 
 
Yer planetinin 5-6 milyard yaşı var. Təqribən Ayın da, Günəşin də bir o qədər yaşı vardır. 
 
Planetimiz əsasən dəmir, silikon və nisbətən az miqdarda maqneziumdan ibarətdir.
 
Yer Günəş sistemində yeganə planetdir ki, səthi sudan ibarətdir və atmosferin 21 faizi oksigenlə təmin olunub.  
 
Yer səthi mantiyada (Yerin qabığı ilə nüvəsi arasındakı təbəqə) yerləşən tektonik plitələrdən - Yerin nüvəsi ilə səthi arasında yerləşən təbəqədən ibarətdir. Yer səthinin bu quruluşu zəlzələlər və vulkan püskürmələri ilə izah olunur. 
 
Yer kürəsində təxminən 8.7 milyon canlı orqanizm mövcuddur.  Bunlardan 2,2 milyon növü okeanda, qalanları isə quruda yaşayır.
 
Yerin dörddə üç hissəsi su ilə örtülüb. Astronavtlar kosmosdan ilk dəfə baxanda Yer kürəsini su içində görüblər. "Mavi planet" adı məhz buradan yaranıb.