Xəbərlər

Bakı məktəblisi beynəlxalq müsabiqədə qalib gəlib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisəsinin şagirdi beynəlxalq müsabiqədə qalib gəlib.

 

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Leyla Qədimlinin Moskvada təşkil olunan “Millətin qızılı” çoxjanrlı incəsənət müsabiqəsində ifa etdiyi “Sarı gəlin” rəqsi maraqla qarşılanıb. Məktəbli uğurlu çıxışına görə I dərəcəli diploma layiq görülüb.

 

Qeyd edək ki, bu, onun ilk uğuru deyil. Altı yaşından rəqslə məşğul olan L.Qədimli bu il Stokholmda keçirilən “Amberstar” festivalında oynadığı Dədə Qorqud roluna görə Qran-Pri mükafatını almışdı.