Bu maraqlıdır!

İlk atraksiyonlar

Əyləncə parkları yalnız uşaqlar üçün deyil, həm də böyüklər üçün sevimli istirahət yeridir. Yəgin ki, hamı üçün maraqlıdır ilk atraksiyonlar harada və kimin tərəfindən quraşdırılıb? 


İlk əyləncə parkı - 1853-cü ildə Danimarkanın Klampenborq şəhərində salınıb. Park Bakken adlanır. O vaxtdan bəri ölkənin bir çox parkı bağlandı və yeniləri ilə əvəz olundu, ancaq Bakken parkı hələ də ziyarətçilərini qəbul edir.


Ən qədim Şeytan çarxı (Amerikan Çarxı) karuseli “Lip-Ze-Dips” (Leap-the-Dips) adlanır. Leykmont (Lakemont) Parkında, Amerikanın Altuna şəhərində yerləşir. Atraksiyon 1902-ci ildə Edvard Joy Moris şirkəti tərəfindən inşa edilib. Tam yenidən qurulma işəri 1985-ci ildən 1999-cu ilə qədər aparılıb. 


Avstraliyanın Melburn şəhərinin Seynt Kilda rayonunun "Luna Park"ındakı taxtadan düzəlmiş şeytan çarxının isə 1912-ci ildən bu günə qədər yenidən qurulma işləri aparılmadan işlədiyi diqqət çəkir. Layihə, müasir şeytan çarxlarının yaradıcısı hesab olunan La Markus Adna Tompson tərəfindən hazırlanmışdır.


Ən yüksək şeytan çarxı atraksionu Valensiya şəhərində Altı Sehrli Bayraqlar Dağı Parkındakı “Supermen Ze İskeyp” (Superman: The Escape) hesab olunur. Atraksiyonun hündürlüyü 126,5 metrdir. İsveçrə şirkəti "Intamin AG" tərəfindən hazırlanıb. Sürəti saatda 160 km-ə çatır.


Las-Veqasdakı Hündür Çarx (İng. High Roller) - 31 Mart 2014-cü il tarixində ziyarətçilər üçün açılan dünyanın ən yüksək atraksiyonudur (hündürlüyü 167 m).


Daha çox sərnişinə xidmət edə biləcək çarx isə Londonda 1895-cu ildə Şərq Sərgisi üçün qurulub. Çarxın hündürlüyü 84 metr idi. Çarx  30 nəfər üçün nəzərdə tutulmuş 40 kabin ilə təchiz olunub.
Ohayoda ən bahalı "Rus (Amerikan) çarxı" yerləşir. Top Thrill Dragster adlanan karuselin inşası təşkilatçılara 25 milyon dollara başa gəlib.


Dünyanın ən böyük atraksiyon istehsalçısı İtalyan şirkəti Antonio Zamperla S.P.A-dır.


1988-ci ildə Seulda, Koreyada, Lote World adlanan Asiyanın ən böyük qapalı əyləncə parkı açıldı. Park Ginnesin Rekordlar Kitabına “dünyanın ən böyük qapalı parkı” kimi daxil edilib (sahəsi 7562 kvadrat metrdir).