Bu maraqlıdır!

Muzeyə çevrilən şəlalə evi

Şəlalə evi və ya Kaufmann evi - bu gözəl evi ABŞ-ın Pittsburq şəhəri yaxınlığında dağlıq və meşəlik ərazidə 1935-1937-ci illərdə memar Frank Lloyd Wright inşa edib. 1964-cü ildən bəri muzey kimi fəaliyyət göstərir. 


E.J.Kaufmann bu evi amerikalı bir mağaza sahibindən alıb. Kişi geyimlərinin satıcısı olan Kaufmann ailəsi kiçik bir şəlalənin yanında ərazi sahibi idi. Ailə burada yeni bir evin tikilməsi qərarına gəlir. Nəticədə belə bir gözəl ev tikilir. Sonralar həmin ev muzey kimi fəaliyyət göstərir və insanlar böyük maraqla şəlalə evini ziyarətə gəlirlər.