Xəbərlər

Bakı məktəblisi Ulu Öndərə həsr olunan dünya çempionatının qalibi olub

Fiziki məhdudiyyətli paytaxt məktəblisi ulu öndər Heydər Əliyevə həsr olunan dünya çempionatında qalib gəlib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 22 nömrəli tam orta məktəbin IV sinif şagirdi Amin İmanov kikboksinq idman növü üzrə paytaxtda keçirilən dünya çempionatında 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medal, çempionluq kəməri və diplomla təltif olunub.


Qeyd edək ki, bu, Amin İmanovun ilk qələbəsi deyil, 2017-ci ildən idmanla məşğul olan məktəbli beynəlxalq və ölkədaxili yarışlarda ümumilikdə 14 qızıl və 2 bürünc medal qazanıb.