Xəbərlər

İndoneziyada yaşı 44 min olan ən qədim ov təsviri aşkar edilib

İndoneziyanın Sulavesi adasındakı bir mağaranın divarında tapılan ov səhnəsi təsviri, hazırda dünyanın ən qədim sənət əsəri və heyvan təsviri sayılır. Avstraliya tədqiqatçılarına görə, təsvirin ən az 44 min yaşı var. 


Daş üzərindəki rəsmin əhatə etdiyi sahə 4,5 metrdir. Onun bir hissəsində donuz və camış təsvir edilmişdir, yarı hissəsində isə insanlara bənzər, lakin heyvan başları və quyruqları olan daha kiçik fiqurlar yer alır.
Ümumiyyətlə, insan əli ilə çəkilən dünyada ən qədim rəsm Cənubi Afrikadadır. Yaşı 73 min ildir. Ancaq Sulavesidəki rəsm tək obyekti deyil, eyni zamanda hərəkət və inkişafdakı bir mənzərəni təsvir edir. 


Bütün bunlar, "Nature" jurnalında dərc olunmuş məqalədə deyilir. Təsvir ilk dəfə Brisbenin Qriffit Universitetinin arxeoloqu Adam Brum və onun İndoneziyalı həmkarı tərəfindən aşkar edilib.