Atalar sözləri

Atalar sözləri

Gah nala döyür, gah mıxa.


Gavur çörəyi yeyən gavur üçün qılınc çalar.


Gec gələn qonaq öz kisəsindən yeyər.


Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.


Gedən bağdan gedər, bağbandan nə gedər.

 

Gedənə yoldaş, gələnə qardaş.


Gedəni saxlamaq olmaz.

 

Gendən baxana döyüş asan görünər.


Get özünə dost qazan, düşmən ocaq başındadır.


Getdim dərdli yanına, o, məndən narın ağladı.


Getməsin o yaman ki, yerinə yaxşı gəlməz.


Geyişməyən yerdən qan çıxarma.


Gələn adam qismətinə gələr.