Təbiət

Ayaqsız kərtənkələ: Sarı koramal

Sarı koramal (lat. Pseudopus apodus) - Koramallar fəsiləsinə aid, ayaqları olmayan ən iri kərtənkələ növüdür. Uzunluğu bəzən 1,5 m təşkil edir. Bu kərtənkələ Qırmızı Kitaba salınıb.


Təəssüf ki, ilk baxışdan bu növ kərtənkələni ilandan ayırd etmək asan olmur. İlanlardan fərqli olaraq sarı koramalın göz qapağı və qulaq dəliyi var, həmçinin bütün bədəni boyunca dəri qatına sahibdir. Yaşayış arealı Cənub-Şərqi Avropa, Orta və Cənub-Qərbi Asiya, Qafqaz və Krım ərazilərini təşkil edir. 
Bu məxluq sürünən olmasına baxmayaraq istidən qaçır: ən isti aylarda qışlayırlar, hətda yay qışlaması qış qışlaması ilə əvəz olunur. Yalnız mart-aprel aylarında ortaya çıxırlar. Sonra çiftləşmə mövsümü başlayır, dişilər daşların altındakı boşluqlarda və ya bitki köklərinin arasında təxminən 8-10 yumurta qoyur. 


Əsasən molyusklar və həşaratlarla qidalanır. Bəzən onurğalılarla da qidalanması müşahidə edilib. Təhlükəsizdir.