Şeirlər

Mikayıl Müşfiq. "Gülüşlər"

Gülüş vardır səslərinə tunc əkslər yapdırır,
Gülüş vardır könülləri rüzgarlara qapdırır.
Bəzi tikər könüllərdə alovlardan bir məbəd,
İllər boyu atəşinə insanlığı tapdırır.


Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa.
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa.


Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi,
Zəncirləyər uçanları halqalandıqca bəzi,
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir.
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan


Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçin qanad vеrir, can vеrir.